BİZ KİMİK

                               Müasir Rəqəmsal Texnologiyaya Keçid

     

  Hazırkı yaşadığımız dövr yeni rəqəmsal texnologiyalar və inqilablar əsridir. İstehsalçıların artıq Müasir Rəqəmsal Texnologiyaya keçməsi ilə məhsuldarlıqda güclü artım müşahidə olunur. Bu tendensiya müəssisələrdə təhlükəsiz məlumat axını təmin edərək, şirkətin məhsuldarlığını, keyfiyyətini və rentabeliyini kəskin şəkildə artırır.

      Müasir rəqəmli texnologiyaların əsas atributları rəqəmsal inqilab kimi tanınan “Industry 4.0” və “Industry Internet of Things” dir. Şirkətimiz daimi avtomatika - idarəetmə və ölçmələr sahəsidə müasir rəqəmli texnologiyalarla ayaqlaşır. Biz partnyorlarımızın (Rockwell AutomationPhoenix ContactEndress + Hauser və s.) məhsulları və həlləri əsasında sənayenin hər bir sahəsində müasir rəqəmsal texnologiyalara cavab verən həlləri tətbiq edirik.

      Müasir Rəqəmsal Texnologiyaya keçid artıq başlamışdır. Bəs sizin şirkət buna hazırdırmı?

 

                                                                       Daha ətraflı:  Industry 4.0 

 

                                                             

Bizim təcrübəli mühəndislər və texniklərdən ibarət qrupumuz avtomatlaşdırma layihəsində məsələnin qoyulmasından, layihələndirmə, işin düzgün təşkil edilməsi, avadanlığın təchiz edilməsi, quraşdırılma, sazlama, proqramlaşdırma, işə buraxma, servis, təmir və təkmilləşdirməyə qədər xidmətləri təmin edir.

İşgüzar tərəfdaşların texniki dəstəyi bir sıra innovasiya layihələrini həyata keçirməyə imkan yaradır.

Bizim mühəndis birliyimiz təklif etdiyimiz avadanlıq və göstərilən xidmətlər üzrə tam təlim kursları keçmişlər.

Biz avadanlıqlarımızı və xidmətlərimizi Azərbaycanla yanaşı Türkmənistanda, Gürcüstanda da təklif edirik.

Inkoel MMC yüksək ixtisaslı mühəndislər, keyfiyyətli avadanlıq və xidmətləri ilə Qafqazda istehsalat proseslərinin idarə olunmasında əsas təminatçı kimi tanınmağa çalışır.

Bizim məqsədimiz üstün xidmətlərlə təchiz edilən prosesin səmərəli avtomatlaşdırma həllini təmin etməkdir.

İnkoel MMC 2014-cü ildən Rockwell Automation-nun rəsmi sistem inteqratorudur.

İnkoel özünün keyfiyyətin idarə edilmə sistemini quraraq və 29 iyun 2010-cu il tarixində bu sistemin Beynəlxalq ISO 9001 Standartına uyğunluğu barədə sertifikatını qazanmışdır.

İnkoel MMC Azərbaycandakı Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK), Amerika Sənaye Ticarət Palatasının (AMCHAM) və Alman - Azərbaycan Xarici Ticarət palatasının (AHK) üzvüdür.

Bizim uğurlu işlərimiz

SOCAR deploys PlantPAx to maximize Kalmaz gas storage capacity and help improve efficiency and safety.

Inkoel upgrades to Endress+Hauser level and interface measurement technology, removing water from produced crude oil faster and better.

SİSTEM İNTEQRASİYA PROQRAMI

ISO 9001 hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir.

Avtomatlaşdırılmış sistem inteqratorları az riskli və ən yaxşı həlli təklif və tətbiq edərək, istehsalda yaranan problemləri həll etməyə kömək edə biləcək ixtisaslı tərəfdaş şirkətlərdir.