XƏBƏRLƏR

Inkoel MMC “Xəzər Neft və Qaz 2018” sərgisində iştirak edib.
11 İyun 2018

Inkoel MMC “Bakı Ekspo” Sərgi Mərkəzində keçirilən 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində öz stendi ilə təmsil olunub. Sərgi çərçivəsində ziyarətçilər şirkətimizin müasir avtomatika həlləri və Azərbaycanda yeganə inteqratoru olduğumuz “Endress+Hauser” şirkətinin yeni nəzarət ölçü cihazları ilə yaxından tanış olmuş və sərgi iştirakçıları olan şirkətlərlə və digər şirkət nümayəndələri ilə bir sıra görüşlər keçirmişdir. Həmçinin İnkoel MMC-nin sərgidə nümayiş etdirdiyi avtomatlaşdırılmış “Demo Unit” adlandırdığımız kiçik istehsalat prosesi və müasir avtomatika avadanlıqları ilə təhciz olunmuş idarəetmə paneli sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanmışdır.